DÜNYA


Gürcüstanın Tkibuli bölgəsindəki daş kömür mədənində qəza baş verib

Tbilisi, 16 iyul, AZƏRTAC

İyulun 16-da Gürcüstanın Tkibuli bölgəsindəki Mindeli mədənində son altı ayda ikinci qəza baş verib.

AZƏRTAC Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb, bir neçə şəxs yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb. Ərazidə xilasetmə tədbirləri davam etdirilir.

Faktla bağlı əmək təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 2018-ci ilin aprelində baş vermiş birinci qəzada 6 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdı.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.