SİYASƏT
Gürcüstanın aparıcı KİV-ləri Prezident İlham Əliyevin Brüssel səfərini və keçirdiyi görüşləri geniş işıqlandırıb
Tbilisi, 23 may, AZƏRTAC
Gürcüstanın aparıcı kütləvi informasiya vasitələri (KİV) Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünü geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, gaxa.ge, aktual.ge, 24news.ge informasiya portallarında, 1 tv.ge televiziyasında və AGFM radiosunda bir sıra materiallar yayımlanıb.
Azərbaycan, ingilis və gürcü dillərində oxuculara təqdim olunan xəbərlərdə Prezident İlham Əliyevin səfəri, qarşılanma mərasimi və keçirdiyi görüşlər, eləcə də Şarl Mişelin bəyanatı barədə məlumatlar oxuculara təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi