DÜNYA


Gürcüstanın azərbaycanlılar yaşayan Saqareco rayonunda xırda buynuzlu heyvanlar kütləvi şəkildə tələf olub

Tbilisi, 11 oktyabr, AZƏRTAC

Gürcüstanın Kaxeti bələdiyyəsinin əsasən azərbaycanlılar yaşayan Saqareco rayonunda xırda buynuzlu heyvanlar kütləvi şəkildə tələf olub.

AZƏRTAC “Rustavi 2” televiziya kanalına istinadla xəbər verir ki, kimyəvi zəhərlənmədən 100-ə yaxın qoyun-quzu tələf olub, 200-dən çox heyvan isə zəhərlənib və onların da sağalmaq şansı yoxdur.

Baytar həkimləri həmin heyvanların ətinin insan həyatı üçün təhlükəli olduğunu bildiriblər və onların kəsiminə icazə verilməyib.

Yerli sakinlər və çobanlar bildirirlər ki, heyvanların ölümünə otlaq sahələrinə səpilmiş mənşəyi bilinməyən kimyəvi maddələrdir. Həmin otlaq sahələri iranlı iş adamları tərəfindən alınıb və torpaq mülkiyyətçiləri heyvanların bu ərazilərdə otarılmasına qarşı çıxıblar. Artıq bir neçə aydır ki, iranlı torpaq sahibləri ilə kənd sakinləri arasında münaqişə davam edir.

Yerli əhalinin dediyinə görə, iranlı iş adamları həmin ərazilərə kimyəvi maddələr səpib və bu yolla çobanların həmin otlaq sahələrində heyvan otarmalarının qarşısını almağa çalışırlar.

Gürcüstan Daxili İşlər Nazirliyində faktla bağlı cinayət işi açılıb, nazirliyin kriminalistləri həmin ərazilərdə araşdırma aparıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.