CƏMİYYƏT


Gürcüstanın daxili işlər naziri xarici iş adamları ilə görüşüb

Tbilisi, 17 aprel, AZƏRTAC

Gürcüstanın daxili işlər naziri Giorgi Qaxariya ölkəsindəki yerli və xarici iş adamları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə nazir Gürcüstanda təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərdən danışıb. İqtisadiyyatın vacib sahələrinin təhlükəsizliklə bağlı olduğunu xüsusi qeyd edən Giorgi Qaxariya bildirib ki, hökumət mükəmməl plan və təhlükəsizlik layihələri hazırlayıb. Layihələr təkcə ölkədə deyil, regionda da sabitliyə xidmət edəcək.

Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Agara Sugar Company” şirkətinin baş direktoru Alxan Əlizadə görüşlə bağlı jurnalistlərə müsahibəsində deyib: “Gürcüstan hökumətinin ölkədə ictimai və iqtisadi təhlükəsizliyin təmin olunması istiqamətində gördüyü işlər, eləcə də hazırladığı layihələr xarici iş adamlarının burada geniş fəaliyyət göstərməsinə zəmin yaradır. Əminik ki, müvafiq layihənin icrasından sonra Gürcüstan daha da inkişaf edəcək”.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.