CƏMİYYƏT


Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər ediblər

Tbilisi, 19 may, AZƏRTAC

Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikasına səfər ediblər.

AZƏRTAC xəbər verir ki, səfər Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilir.

Səfirlikdən bildirilib ki, səfər çərçivəsində Gürcüstan din xadimlərindən ibarət nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, paytaxt Bakıda təşkil olunacaq şəhər turunda iştirak edəcəklər.

Gürcüstan nümayəndə heyəti, həmçinin Gəncə şəhərinə və işğaldan azad olunmuş Füzuli, Ağdam və Şuşa şəhərlərinə səfər edəcəklər.

Səfər mayın 23-dək davam edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.