CƏMİYYƏT


Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri ilə ətraf mühit sahəsində müzakirələr aparılıb

Bakı, 7 may, AZƏRTAC

Bakıda səfərdə olan Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə ətraf mühitin və bioloji müxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı sahəsində əməkdaşlığın artırılması məsələləri öz əksini tapıb.

Eyni zamanda, Kür çayı hövzəsinin mühafizəsi, transsərhəd suların inteqrasiyalı idarə edilməsi və səmərəli istifadəsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.