DÜNYA


Gürcüstanın katolikos-patriarxı ölkə vətəndaşlarını birliyə dəvət edib

Tbilisi, 7 yanvar, AZƏRTAC

Gürcüstanda İsa peyğəmbərin mövlud günü - Milad bayramı münasibətilə Tbilisidəki Müqəddəs Troitsa (Üçlük) kilsəsində katolikos-patriarx II İlyanın ənənəvi müraciəti oxunub.

AZƏRTAC xəbər verir ki, patriarx Milad bayramı və Yeni il münasibətilə insanları təbrik edib, Gürcüstana və dünyaya sülh arzulayıb.

II İlya Gürcüstanda yaşayan milli azlıqları da Yeni il və Milad bayramı münasibətilə təbrik edib.

Patriarx, eyni zamanda, Gürcüstanda yaşayan azərbaycanlılara, abxazlara, osetinlərə, yunanlara, ukraynalı, rus, erməni, yəhudi, udin, yezid, kürd, inquş, çərkəz, çeçen və leklərə müraciət edərək onları vahid Gürcüstan naminə birliyə çağırıb.

Onun sözlərinə görə, gürcü xalqı qorxu və ümidsizlik içindədir. “Buna baxmayaraq, təslim olmamalıyıq. Bizi nə artmaqda olan satqınlıq, təhlükə, nə paxıllıq və yalan sarsıtmamalıdır... Biz mövcud reallığı inamımızın böyük sınağı kimi qəbul etməliyik və bizi narahat edən hallara qarşı birlikdə mübarizə aparmalıyıq”, – deyə patriarx vurğulayıb.

Qeyd edək ki, yanvarın 7-də Gürcüstanda Milad bayramı keçirilib. Milad bayramı ilə əlaqədar olaraq Tbilisidə ənənəvi “Alilo” yürüşü təşkil olunub. Yürüş müqəddəs Troitsa kilsəsində başa çatıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.