DÜNYA


Gürcüstanın milli valyutası ucuzlaşmaqda davam edir

Tbilisi, 10 avqust, AZƏRTAC

Gürcüstanın milli valyutası ucuzlaşmaqda davam edir. Gürcüstan Milli Bankının dövriyyəyə əlavə pul kütləsi daxil etməsinə və hərracda daha aşağı kursla xarici valyuta satmasına baxmayaraq milli valyuta GEL ucuzlaşır.

AZƏRTAC xəbər verir ki, Gürcüstan Milli Bankının müəyyən etdiyi məzənnəyə əsasən, avqustun 10-da valyutadəyişmə məntəqələrində 1 ABŞ dolları 2,9360 GEL-ə dəyişdirilib.

Bu gün 1 avro 3,2898, 1 funt sterlinq 3,5511 GEL-ə dəyişdirilir.

Gürcüstan kommersiya banklarında isə GEL xarici valyutalara nisbətən daha çox ucuzlaşıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.