DÜNYA
Gürcüstanın müxalif deputatları Dövlət Dumasının komitə rəhbəri ilə görüşəcək
Bakı, 10 iyul, AZƏRTAC
Gürcüstan parlamentinin müxalif “Gürcüstan vətənpərvərləri alyansı” partiyasından olan deputatları Rusiya Dövlət Dumasında MDB, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqə məsələləri üzrə komitə rəhbəri Leonid Kalaşnikovla görüş keçirəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, komitə rəhbəri Leonid Kalaşnikovun sözlərinə görə, görüşün tam formatda və açıq keçiriləcəyi planlaşdırılır.
Nəzərdə tutulan görüş barədə məlumat “Gürcüstan vətənpərvərləri alyansı” partiyasının lideri, parlamentin vitse-spikeri İrma İnaşvilinin “Facebook” səhifəsində də yerləşdirilib.
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə rəhbəri Konstantin Kosaçev isə öz növbəsində “Gürcüstan vətənpərvərləri alyansı” partiyasından müvafiq sorğu daxil olacağı təqdirdə senatorların da onlarla görüşməyə hazır olduğunu bildirib.