İQTİSADİYYAT


Gürcüstanın nazir müavini: Azərbaycan regionun enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır

Tbilisi, 4 oktyabr, AZƏRTAC

Azərbaycan Cənubi Qafqaz regionunda enerji təhlükəsizliyinin təminatında və iqtisadi münasibətlərin inkişafında çox mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Turnava jurnalistlərə açıqlamasında söyləyib.

Nazir müavini deyib ki, Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısıdır: “Biz bu sahədə çox sıx və məhsuldar əməkdaşlıq edirik. Gürcüstan təbii qaz, neft və neft məhsulları bazarında şəffaflığın təmin olunması, bazarın tənzimlənməsi, şaxələndirilməsi və inkişafı sahəsində islahatlar həyata keçirir. Bu islahatlar hamı üçün vacibdir”.

“Əminik ki, Azərbaycanın qaz tədarükçü şirkətləri də Gürcüstanda bu sahədə həyata keçirilən islahatlarda fəal iştirak edəcəklər”, - deyə N.Turnava vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.