DÜNYA


Gürcüstanın qərbində baş verən təbii fəlakət ciddi problemlər yaradıb

Gürcüstanın qərbində baş verən təbii fəlakət ciddi problemlər yaradıb

Tbilisi, 29 mart, AZƏRTAC

Gürcüstanın Acarıstan Muxtar Respublikası ərazisində baş vermiş təbii fəlakət ciddi problemlər yaradıb, insan tələfatı var.

AZƏRTAC xəbər verir ki, Batumidə güclü külək nəticəsində kökündən qopan ağac avtomobilin üzərinə düşüb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb. Bundan başqa, ticarət köşkü də aşaraq bir qadının üstünə düşüb. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Daha bir 17 yaşlı gənc də təbii fəlakətin qurbanı olub. Gənc oğlan da xəstəxanaya yerləşdirilib.

Batumi meriyasından verilən məlumata görə, güclü külək nəticəsində bir neçə ağac aşıb. Batuminin mərkəzində, eləcə də Batumini Maxindjauri ilə birləşdirən magistralda avtomobillərin hərəkəti dayanıb. Bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Qeyd edək ki, Gürcüstanın qərb bölgəsində, xüsusən də Acarıstan ərazisində martın 28-i günün ikinci yarısından güclü külək başlayıb. Qara dəniz sahillərində 4-5 ballıq qasırğa elan olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.