DÜNYA
Gürcüstanın qərbində yağan güclü qar ciddi problemlər yaradıb
Tbilisi, 22 oktyabr, AZƏRTAC
Gürcüstanın qərb bölgəsində yağan güclü qar ciddi problemlərə səbəb olub. Qar uçqunu, sürüşmə və yolların buz bağlaması səbəbindən bəzi magistral yollarda avtomobillərin hərəkəti dayandırılıb.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti yollarda yaranmış problemlər və təhlükə barədə sürücülərə müraciət edib.
Bildirilir ki, qar və uçqun təhlükəsi ilə əlaqədar beynəlxalq əhəmiyyətli Kutaisi -Tsxaltubo-Tsageri-Lentexi-Lasdili, eləcə də Zuqduqi-Cvara-Mestiya-Lasdili avtomobil yolunda bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Bəzi yollarda isə məhdudiyyətlər gecə saatlarında tətbiq olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]