DÜNYA


Gürcüstanın sabiq Baş naziri Giorgi Kvirikaşvili hakim partiyanın sıralarını tərk edib

Tbilisi, 5 iyul, AZƏRTAC

Gürcüstanın sabiq Baş naziri Giorgi Kvirikaşvili hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının sıralarını tərk edib.

Partiyanın rəsmi veb-səhifəsində yerləşdirilmiş siyasi şura üzvlərinin yeni siyahısında G.Kvirikaşvilinin adı yoxdur. Siyahıda partiyanın mayın 11-də keçirilmiş qurultayında siyasi şuraya seçilmiş 15 nəfərdən 14-nün adı var.

Siyasi şuranın üzvü Tamar Çuqoşvili bildirib ki, partiyanın rəhbər strukturunda yeni Baş nazir Mamuka Baxtadze yer alacaq.

Partiyanın üzvü, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev AZƏRTAC-a bildirib ki, partiyanın şurasından və üzvlüyündən çıxarılmasını G.Kvirikaşvili özü xahiş edib. Onun bundan sonra siyasi fəaliyyətlə məşğul olacağı barədə heç bir məlumat verilmir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.