DÜNYA


Gürcüstanın sabiq kənd təsərrüfatı naziri FAO-nun baş direktoru vəzifəsinə namizəddir

Tbilisi, 7 mart, AZƏRTAC

Gürcüstanın sabiq kənd təsərrüfatı naziri David Kirvalidze BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru vəzifəsinə namizədliyini irəli sürəcək.

AZƏRTAC xəbər verir ki, onun namizədliyi FAO-ya üzv ölkələrin nümayəndələri tərəfindən dəstəklənib.

D.Kirvalidze ilə yanaşı, FAO-nun baş direktoru vəzifəsi uğrunda Kamerun nümayəndəsi Medi Munqi, Çindən Tsiyuy Dunyuy, Fransadan Katrin Jeslen-Laneel və Hindistandan Rameş Çand mübarizə aparacaqlar.

Qeyd edək ki, seçkilər iyunun 22-dən 29-dək Romada keçirilək 41-ci sessiyada baş tutacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.