DÜNYA


Gürcüstanın xarici ticarət dövriyyəsi 12,8 faiz artıb

Tbilisi, 14 may, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 3 milyard 929 milyon ABŞ dolları olub. Bu da illik müqayisədə 12,8 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında məlumat verilib.

Bildirilib ki, ilin ilk dörd ayında ölkənin xarici ticarətində ixracın həcmi 19,6 faiz artaraq 1 milyard 199 milyon ABŞ dollarına bərabər olub.

İdxalın həcmi isə 10,1 faiz artaraq 2 milyard 730 milyon dollar olub.

Hesabat dövründə xarici ticarətdə 1 milyard 531 milyon ABŞ dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 39 faizə bərabərdir.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.