DÜNYA


Gürcüstanın xarici ticarət dövriyyəsi 17,6 faiz azalıb

Tbilisi, 14 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyul aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dollar olub.

Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə ixracın həcmi 1,8 milyard dollara bərabər olub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz azdır. Xarici ticarətdə idxalın da həcmi azalaraq 4,3 milyard ABŞ dollarına bərabər olub və bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azdır.

Ticarət dövriyyəsinin belə kəsin azalmasına koronavirus pandemiyası səbəb olub. Bildirilir ki, pandemiya otel və mehmanxana, restoran və kafe, ticarət və istirahət mərkəzləri və nəqliyyatın fəaliyyətinə çox böyük zərbə vurub.

Koronavirus səbəbindən maliyyə, tikinti, daşınmaz əmlak, istehsalat və təhsil sahələrinə də ciddi ziyan dəyib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.