DÜNYA


Gürcüstanın xarici ticarət dövriyyəsi 22,2 faiz artıb

Tbilisi, 13 sentyabr, AZƏRTAC

Cari ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri 8 milyard 678,3 milyon ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən məlumat verilib.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,2 faiz çoxdur.

Qeyd olunub ki, hesabat dövründə qonşu ölkənin ixracının həcmi 25,7 faiz artaraq 2 milyard 605,5 milyon dollar, idxalının həcmi isə 20,7 faiz artaraq 6 milyard 72,9 milyon dollar olub.

Gürcüstanın xarici ticarətində 3 milyard 467,4 milyon dollar məbləğində kəsir yaranıb ki, bunun da ümumi xarici ticarət dövriyyəsindəki payı 40 faizə bərabərdir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.