DÜNYA


Gürcüstanın xarici ticarət dövriyyəsi 33,4 faiz artıb

Tbilisi, 14 may, AZƏRTAC

Cari ilin yanvar-aprel ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 33,4 faiz artaraq 5,3 milyard ABŞ dollarına çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə idxalın həcmi 3,7 milyard dollar təşkil edib, bu da 2021-ci illə müqayisədə 34 faiz çoxdur. İxracın həcmi isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 32,8 faiz artaraq 1,6 milyard dollar təşkil edib. Xarici ticarətdə 2,1 milyard dollar həcmində mənfi saldo yaranıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.