DÜNYA


Gürcüstanın yeni enerji strategiyası hazırlanıb

Tbilisi, 17 aprel, AZƏRTAC

Gürcüstan hökuməti yeni enerji strategiyası hazırlayıb. Yeni strategiyanın əsas məqsədi istehlakçıların maraqlarının nəzərə almaq və hüquqlarının müdafiəsi ilə yanaşı, əhalinin elektrik enerjisi və ya təbii qazla fasiləsiz, təhlükəsiz və keyfiyyətli təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Natia Turnava söyləyib.

Nazir müavini bildirib ki, energetika bazarında həyata keçiriləcək islahatlar – enerji strategiyası Gürcüstan hökuməti ilə Avropa İttifaqı arasında imzalanmış assosiasiya saziş çərçivəsində hazırlanıb.

Yeni strategiya yaxın vaxtlarda parlamentdə müzakirə olunacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.