DÜNYA


Gürcüstanın yeni hökumətinin xarici siyasət kursu müəyyənləşib

Tbilisi, 23 fevral, AZƏRTAC

Gürcüstanın yeni hökumətinin ölkənin xarici siyasət kursu ilə bağlı prioritetləri parlamentdə təsdiq olunub. Sənəddə deyilir ki, hökumət bölgədə tarazlı siyasət aparmaq və qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsi üçün fəal səylər göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın yeni hökumətinin 2021-2024-cü illər üçün proqramında qeyd olunub.

Bildirilir ki, Gürcüstan regional əməkdaşlığın fəallaşdırılmasına xüsusi diqqət ayıracaq, bu kontekstdə tərəfdaş ölkələrlə strateji və siyasi, həmçinin sektorlararası əməkdaşlığı dərinləşdiriləcək.

Proqramda Gürcüstanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesinin milli maraqlar, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə uyğun olaraq davam etdiriləcəyi də vurğulanıb.

Növbəti illərdə Gürcüstan üçün sürətlə dəyişən geosiyasi çağırışlar fonunda regional beynəlxalq təşkilatlarda fəal iştirak xüsusi əhəmiyyət kəsb edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.