İQTİSADİYYAT


Gürcüstanla Azərbaycanın iqtisadi əlaqələr və ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar var

Tbilisi, 6 may, AZƏRTAC

Gürcüstan ilə Azərbaycan arasında iqtisadi əlaqələr və ticarət dövriyyəsinin genişləndirilməsi üçün geniş imkanlar var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, COVID-19 pandemiyası Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə də ciddi mənfi təsir göstərib, müəyyən problemlər yaradıb. Lakin həm Gürcüstan, həm də Azərbaycan bu əməkdaşlığın dərinləşdirilməsi və ölkələrimiz arasında ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlıdır. Bu istiqamətdə müəyyən işlər görülür.

D.Zalkaliani bildirib ki, iki ölkənin turizm sektorunda əməkdaşlıq üçün bir sıra imkanlar mövcuddur. Pandemiyadan öncə Azərbaycandan Gürcüstana gələn turistlərin sayı rekord səviyyədə olub.

“Biz bu səviyyəni saxlamaq və daha da artırmaq niyyətdindəyik”, – deyə D.Zalkaliani vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.