DÜNYA
Gürcüstanla Tacikistan beynəlxalq avtomobil daşınmaları sahəsində əməkdaşlıq edəcək
Tbilisi, 14 aprel, AZƏRTAC
Gürcüstan ilə Tacikistan ticarət və iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə "Beynəlxalq avtomobil əlaqələri haqqında” müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, sənədi Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava və Tbilisidə səfərdə olan Tacikistanın nəqliyyat naziri Əzim İbrahim imzalayıblar.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən bildirilib ki, iki ölkənin avtomobil daşınmaları və avtomobil əlaqələri sahəsində çoxillik təcrübəsi var. İmzalanan yeni sənəd iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan verəcək.
Qeyd edək ki, Gürcüstan ilə Tacikistan TRACECA, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq edir. Gürcüstan Tacikistana ərzaq məhsulları, dərman preparatları, meşə sənayesi malları, elektrik avadanlığı və mebel idxal edir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]