İQTİSADİYYAT


Gürcüstanla iqtisadi əlaqələrin inkişafı perspektivləri müzakirə olunub

Gürcüstanla iqtisadi əlaqələrin inkişafı perspektivləri müzakirə olunub

Bakı, 14 dekabr, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnavanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə iqtisadiyyat naziri Azərbaycanın dost Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Gürcüstan Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində fəal iştirak etməklə regional əməkdaşlığa töhfə verir. Qeyd edilib ki, Gürcüstanla ticarət əlaqələrimiz genişlənir. 2021-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəmiz 33 faiz artıb. İqtisadiyyat naziri Bakıda keçirilən 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli biznes forumunun iqtisadi tərəfdaşlığın inkişafı, habelə yeni biznes təşəbbüslərinin stimullaşdırılması baxımından əhəmiyyətli olacağına əminliyini, hər üç ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgəmizdə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb.

Natela Turnava Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi-ticarət əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, birgə layihələrin önəmini bildirib.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, müqavilə-hüquq bazasının genişləndirilməsi və sair məsələlər barədə müzakirə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.