ELM VƏ TƏHSİL


Gürcüstanlı alimlər BDU-nun Quba tədris-təcrübə və istirahət mərkəzində olublar

Bakı, 27 iyul, AZƏRTAC

Gürcüstanın İakob Gogebaşvili adına Telavi Dövlət Universitetinin əməkdaşları professorlar G.Bejitaşvili, T.Tamaraşvili, N.Berdzenişvili, M.Qambaşidze və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi İ.Şiukaşvili Bakı Dövlət Universitetinin (BDU) Quba tədris-təcrübə və istirahət mərkəzində olublar.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbir bu ali məktəb ilə Telavi Dövlət Universiteti arasında imzalanmış memorandum çərçivəsində reallaşdırılıb.

Gürcüstanlı alimlərin BDU-nun ekologiya və torpaqşünaslıq, coğrafiya, fizika, tarix, filologiya, biologiya fakültələrinin professor və müəllimləri ilə görüşündə elm və təhsil əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb, ikitərəfli müştərək elmi layihələrin hazırlanması, beynəlxalq elmi konfransların, seminarların, treninqlərin təşkili, tələbələrin çöl təcrübələrinin keçirilməsi, magistrantların elmi-tədqiqat işlərində birgə fəaliyyəti ətraflı müzakirə olunub.

Eyni zamanda, hər iki universitetin professor və müəllimlərinin elmi tədqiqatlarının nəticələrinin, elmi məqalələrinin universitetlərin təbiət və humanitar sahələr üzrə nəşr olunan jurnallarında çap olunması təklif edilib.

Professor M.Qambaşidze Quba tədris-təcrübə və istirahət mərkəzində təşkil olunan stajkeçmənin və keçirilən görüşlərin əhəmiyyətindən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.