Gürcüstanlı ekspert: Ermənistanın işğalı altında qalmış ərazilərdə Azərbaycan xalqına məxsus hər şey məhv edilib
AzerTAg.az
Cəbrayıl, 1 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Biz Azərbaycanın işğaldan azad edilmiş ərazilərə səfər etdik. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında olduq. 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında qalmış bu ərazilərdə daş-daş üstündə qalmayıb, Azərbaycan xalqına məxsus hər şey məhv edilib.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti Aleksandre Kvaxadze deyib.
A.Kvaxadze bildirib ki, işğal altında qalmış ərazilərdə tarixi abidələr, məscidlər, gümbəzlər, qəbiristanlıqlar da dağıdılıb. Məscidlərdə mal-qara, donuz saxlanılıb. Eyni zamanda, işğaldan azad edilmiş ərazilər minalanıb. Bu əraziləri minalardan təmizləmək üçün uzun illər lazımdır.

Xəbərin mətnində orfoqrafik səhv var