DÜNYA


Gürcüstanlı gənc Rubik kubunun yığılması üzrə dünya rekordunu yeniləyib VİDEO

Bakı, 18 avqust, AZƏRTAC

Gürcüstan sakini Vako Marçilaşvili su altında Rubik kubunun (danışıqda kubik Rubik deyilir) yığılması üzrə yeni dünya rekordu müəyyənləşdirib.

AZƏRTAC “İmedi” telekanalına istinadla xəbər verir ki, 18 yaşlı Marçilaşvili bir dəfəyə 6 Rubik kubunu 1 dəqiqə 44 saniyəyə yığıb. Bundan əvvəlki rekord 2014-cü ildə qeydə alınmışdı. Amerikalı Entoni Bruk 1 dəqiqə 18 saniyəyə 5 Rubik kubunu yığa bilmişdi.

Vako Marçilaşvili Rubik kubunun yığılması üzrə ikiqat Gürcüstan çempionudur. Onun nəticəsi ölkənin Rekordlar Federasiyası tərəfindən rəsmi qeydiyyata alınıb və Ginnesin Rekordlar kitabına daxil edilmək üçün göndəriləcək.

Rubik kubu 1974-cü ildə macar heykəltəraşı və memarlıq müəllimi Erne Rubik tərəfindən icad edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.