İDMAN


Gürcüstanlı idmançı: Bakı xarici gimnastlar üçün doğma məkana çevrilib

Tbilisi, 18 sentyabr, AZƏRTAC

Bakı xarici gimnastlar üçün doğma məkana çevrilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə 37-ci dünya çempionatında iştirak edən Gürcüstan idmançısı Salome Pajava deyib.

Gürcü idmançı bildirib: “Bakı bir çox xarici idmançı, o cümlədən də mənim üçün doğma məkandır. Mən Bakıda çıxış etməyi sevirəm. Ona görə ki, ilk növbədə, Bakıda hər zaman gözəl ab-hava olur. Burada yarışlar yüksək səviyyədə təşkil edilir”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.