REGİONLAR
Gürcüstanlı müğənni: İşğaldan azad edilmiş ərazilərdəki dağıntıları ürək ağrısı ilə izlədik VİDEO
Şuşa, 16 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Biz üç gündür Azərbaycandayıq. Azərbaycan xalqının qonaqpərvərliyindən məmnunam. Biz - gürcü və azərbaycanlılar bir-birimizi çox sevirik. Çoxlu dostlarımız var. Gürcüstana, Azərbaycana və bütün dünyaya barış arzulayıram.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Şuşa şəhərinə səfər etmiş gürcüstanlı müğənni Georgi Noniaşvili deyib.
Georgi Noniaşvili işğaldan azad edilmiş ərazilərdə gördüyü dağıntılardan təsirləndiyini bildirib: “Biz Qarabağın kəndlərindən keçdik. Bu görüntüləri ürək ağrısı ilə izlədik. Azərbaycanda hər bir vətəndaşın yaşadığı acını yaşadıq. Füzuli aeroportu ərazisində yenilikləri görəndə isə bizdə yeni ruh oyandı. Azərbaycana uğurlar arzulayıram”.