Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Güzəştli mənzillərin tikintisi dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir

Bakı, 25 yanvar, Ramiz Quliyev, AZƏRTAC

Ölkəmizdə güzəştli mənzillərin tikintisinə başlamaqda əsas məqsəd əhalinin aztəminatlı hissəsinə belə mənzilləri orta bazar qiymətindən aşağı qiymətə və uzunmüddətli kreditlə təklif etməkdir.

Təbii ki, bu addım dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi insanların mənzil problemlərinin həllinə və sosial rifahının yüksəldilməsinə yönəlib. Güzəştli mənzillərin tikintisi yeni iş yerlərinin yaradılmasına və inşaat sektorunun inkişafına da çox böyük təkan verəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaradılması da məhz bu aktual məsələyə xidmət edir. Artıq uyğun qiymətə mənzil tikintisi sahəsində paytaxtda xeyli işlər görülüb. Yeri gəlmişkən, bu tipli mənzillərin tikintisi nəinki Bakı şəhərində, həm də digər rayon və şəhərlərdə də aparılacaq.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan və xarici dairəvi avtomobil yolunun kənarında yerləşən Yasamal Yaşayış Kompleksinin ümumi sahəsi 11,6 hektardır. Kompleks böyük bir ərazini əhatə etməklə, çox əlverişli – şəhərin ekoloji cəhətdən təmiz bir məkanında salınır.

MİDA-nın mətbuat katibi Diana Dadaşova AZƏRTAC-a müsahibəsində bildirib ki, layihəyə görə kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin 2-bloklu 9-mərtəbəli, 12-sinin isə 1-bloklu 12-mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 31-33 kvadratmetr, ikiotaqlı mənzillərin 50-58 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetrdir.

Mənzil almaq istəyənlərin əksəriyyətinin təmirli evə üstünlük verdiyini nəzərə alaraq, bütün mənzillər vətəndaşlara tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə təklif olunacaq.

Nəzərə çatdırılıb ki, Yasamal Yaşayış Kompleksində mənzilə sahib olmaq istəyən vətəndaşlar üçün kompleks haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib. www.yasamal.mida.az ünvanında yerləşən internet səhifə rahatlığı və funksionallığı ilə seçilir. Həmin səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Yasamal Yaşayış Kompleksinin hər bir binası, eləcə də, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, interyer nümunələri, tikinti ərazisinin baş planı ilə tanış ola bilər. Vətəndaşlar üçün, həmçinin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun illik 4 faizlə verilən güzəştli ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı da yaradılıb. Xatırladaq ki, bu, ölkədə mənzil satışı ilə bağlı ən sərfəli ödəniş formasıdır.

D.Dadaşovanın sözlərinə görə, MİDA-nın müştərilərə təklif etdiyi mənzillər yerləşdiyi ərazi üzrə orta bazar qiymətindən aşağı olacaq. Məsələn, güzəştli ipoteka üzrə 30 illik kreditlə birotaqlı mənzil üçün aylıq ödəniş təqribən 130-150 manat, ikiotaqlı mənzil üçün 200-250 manat, üçotaqlı mənzil üçünsə 300-350 manat nəzərdə tutulub. Göründüyü kimi, bu qiymətlər paytaxtda kirayəyə verilən mənzillərin qiymətindən də faktiki olaraq aşağıdır.

İnternet səhifəsində Yasamal Yaşayış Kompleksinin layihələndirilməsi zamanı xüsusilə diqqət yetirilən amillər, yəni sakinlərin rahatlığı üçün yaradılan şərait, nəqliyyat infrastrukturu, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat da əldə etmək mümkündür. Burada, həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, “MİDA” MMC ilə əməkdaşlıq edən agent banklar və vətəndaşları maraqlandıran digər zəruri məlumatlar da yer alıb.

Yasamal Yaşayış Kompleksinin layihələndirilməsində müasir şəhərlərin aktual problemlərindən sayılan yaşıllaşdırma və infrastruktur məsələlərinə xüsusi önəm verildiyini qeyd edən D.Dadaşova deyib ki, kompleksin ərazisinə bitişik şam ağaclarından ibarət 5 hektara yaxın yaşıllıq zonası mövcuddur. Eyni zamanda, Yasamal Yaşayış Kompleksində tikilialtı sahə ərazinin 30 faizini belə təşkil etmir: ərazinin böyük hissəsi geniş həyətlər, yaşıllıq zonaları, həmçinin uşaq meydançaları, stadion və insanların rahat və sağlam yaşayışına xidmət edəcək digər infrastruktur üçün ayrılıb.

Yasamal Yaşayış Kompleksində mənzil almağın üstün cəhətlərindən söz açan MİDA rəsmisi deyib ki, layihə müəllifləri müasir şəhərsalma prinsiplərinə riayət etməklə, piyadaların və nəqliyyat vasitələrinin, o cümlədən yaşlılar, əlillər və uşaqların rahat, maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək üçün lazımi infrastruktur yaradıblar. Kompleksə 4 istiqamətdə marşrut xətlərinin çəkilməsi də nəzərdə tutulub. Belə ki, metronun “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları, 4-cü mikrorayon ərazisi, Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi, həmçinin “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkət edəcək marşrut xətləri sakinlərin mənzil başına vaxtında çatmalarına şərait yaradacaq.

Qeyd edək ki, bu sahədə digər yeniliklərdən biri də, güzəştli mənzil əldə etmək hüququna malik vətəndaşların real vaxt rejimində və şəffaf qeydiyyatının aparılması üçün “Elektron hökumət” portalında “Güzəştli mənzil” sisteminin yaradılmasıdır.

D.Dadaşova bununla bağlı bildirib ki, bugünədək “Güzəştli mənzil” elektron sistemi vasitəsilə 7600-dən artıq vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün fərdi elektron kabinetin yaradılması təmin edilib. Növbəti mərhələdə “Güzəştli mənzil” sistemində yeni satış modulu istifadəyə veriləcək. Hazırda aparılan müvafiq texniki tamamlama və test işləri yekunlaşdırıldıqdan sonra Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışı ilə bağlı elan veriləcək və vətəndaşlara mənzilləri sistem vasitəsilə seçmək imkanı yaradılacaq. Bu da ölkəmizdə mənzil satışının təşkili sahəsində bir yenilikdir. “Bu gün kompleksin 29 çoxmənzilli yaşayış binasının, məktəb, uşaq bağçası və digər sosial obyektlərinin tikintisi, habelə ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel aparılmaqdadır. Tikintidə 20-dən artıq şirkət iştirak edir, ümumi inşaat prosesinə 3000 nəfərə yaxın işçi cəlb olunub. Kompleksin ilk 15 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının konstruksiya və hörgü işləri artıq başa çatdırılıb, həmin tikililərdə tamamlama-bəzək işləri davam etdirilir. Kompleksin digər binalarının tikintisi müxtəlif icra mərhələlərində olmaqla aparılır. Yasamal Yaşayış Kompleksində ilk mənzillərinin bu ilin yay aylarında gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək”.

Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin uyğun qiymətə mənzil tikintisi üzrə növbəti layihəsi Bakı şəhərinin Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektarlıq ərazidə inşa olunacaq Hövsan Yaşayış Kompleksidir. Ötən müddət ərzində bu yaşayış kompleksinin ərazisi üzrə şəhərsalma əsaslandırılması hazırlanıb, binaların layihələndirilməsi işləri aparılıb.

Bu barədə məlumat verən agentliyin mətbuat katibi diqqətə çatdırıb ki, ötən ilin dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hövsan Yaşayış Kompleksinin ilk 7 mərtəbəli yaşayış binasının təməlqoyma mərasimində iştirak edib. Kompleks 11 çoxmənzilli yaşayış binasından ibarətdir. Bunlardan yeddisinin 7-mərtəbəli 18 girişli, dördünün isə 10-mərtəbəli 1 girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır.

“Hövsan Yaşayış Kompleksi ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi təmin ediləcək. Kompleksin ərazisində sakinlərinin bütün ehtiyaclarını ödəmək məqsədilə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır”, - deyə D.Dadaşova bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb YENİLƏNİB

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib