İDMAN


“GymBala” beynəlxalq turnirində 2010-cu il təvəllüdlü gimnastlar mükafatlandırılıb

Bakı, 18 avqust, AZƏRTAC

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirində 2010-cu il təvəllüdlü atletlərin yarışlarının qalibləri mükafatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, balalar kateqoriyasının fərdi hərəkətlər proqramında çoxnövçülük üzrə alətsiz və ip ilə hərəkətlərdə qaliblər müəyyənləşib.

Balalar yaş kateqoriyasında Nəzrin Salmanlı birinci, Şəms Müvaffaqi (hər ikisi “Ocaq”) ikinci, İlahə Bahadırova (Bakı Gimnastika Məktəbi) isə üçüncü yerə layiq görülüblər.

Çoxnövçülük üzrə halqa ilə hərəkətlərdə Əminə Həsənova, Lalə Əzizzadə, Azadə Atakişiyeva fəxri kürsüdə qərarlaşıblar. Eyni sıralama balalar yaş kateqoriyasında çoxnövçülük üzrə top və alətsiz hərəkətlərdə də təkrarlanıb.

Fəxri kürsüdə yer alan atletlərə diplom və mükafatlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.