İDMAN


“GymBala” beynəlxalq turnirinin ilk mükafatçıları müəyyənləşib VİDEO

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirinin ilk qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək yarışların birinci günündə fərdi hərəkətlər proqramında 2011-2013-cü il təvəllüdlü balalar kateqoriyasında çoxnövçülük üzrə qaliblər mükafatlandırılıb.

Balalar yaş kateqoriyasında 2013-cü il təvəllüdlü atletlər arasında birinci yerə Sədəf Məmmədova (“Ocaq”, Zaqatala), ikinci yerə Gülzar Şərifova (“Ocaq”), üçüncü yerə isə Leyla Şirin Həsənova (Bakı Gimnastika Məktəbi) layiq görülüblər.

Qaliblərə diplom və mükafatları bədii gimnastika üzrə Azərbaycan millisinin baş məşqçisi Mariana Vasileva təqdim edib.

Balalar yaş kateqoriyasında 2012-2013-cü il təvəllüdlülər arasında çoxnövçülük yarışda Ayla Nicati, Aysel Rzayeva (hər ikisi Bakı Gimnastika Məktəbi) və Aygül Abbasova (“Ocaq”) fəxri kürsüdə yer alıblar.

Həmin kateqoriyada 2012-ci il təvəllüdlülər arasında alətsiz hərəkətlər üzrə yarışlarda da Ayla Nicati və Aysel Rzayeva ilk iki pilləyə yüksəliblər. Üçüncü yerdə isə Banu Ağazadə qərarlaşıb.

Ayla Nicati topla hərəkətlərdə də birinci olub. Aygül Abbasova ikinci, Zəhra Tahirova üçüncü yerə layiq görülüblər.

Yarışlar davam edir.

Turnirdə ümumilikdə 130-dan çox, o cümlədən Bakı Gimnastika Məktəbinin, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə” idman klublarının, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin, eləcə də Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstandan, Ukraynadan və Misirdən olan gimnastlar da iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.