İDMAN


“GymBala” beynəlxalq turnirinin sonuncu gününə balaca gimnastların mübarizəsi ilə start verilib VİDEO

Bakı, 19 avqust, G.Mahmudlu, AZƏRTAC

Avqustun 19-da Milli Gimnastika Arenasında “GymBala” beynəlxalq bədii gimnastika turnirinin sonuncu gününə ayrı-ayrı alətlər üzrə final yarışları ilə start verilib.

AZƏRTAC xəbər verir ki, günün ilk yarışında 2008-ci il təvəllüdlü gimnastlar fərdi proqramda alətsiz və halqa ilə hərəkətlərdə mübarizə aparırlar. Gün ərzində, həmçinin 2007-ci il təvəllüdlü yeniyetmələr halqa və topla öz məharətlərini göstərəcəklər. Bundan başqa, 2006-cı il təvəllüdlü yeniyetmələr ip, top və gürzlərlə yarışlarda qalib adı uğrunda yarışacaqlar. Gənclər (2003-2005-ci il təvəllüdlü) arasında yarışlarda isə halqa, top, gürzlər və lentlə hərəkətlərdə çoxnövçülük üzrə ən yaxşılar müəyyənləşəcək.

Qrup yarışlarında isə bala gimnastlar (2011-2013-cü il təvəllüdlü) alətsiz və topla, gənclər (2003-2005-ci il təvəllüdlü) lentlərlə çıxış edəcəklər. Bununla yanaşı, Misirin gənclərdən ibarət komandası gürzlərlə hərəkətlərdə bacarığını nümayiş etdirəcək.

Xatırladaq ki, yayın son gimnastika yarışında ümumilikdə 130-dan çox, o cümlədən Bakı Gimnastika Məktəbinin, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə” idman klublarının, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin, eləcə də Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstandan, Ukraynadan və Misirdən olan gimnastlar da iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.