İDMAN


“GymBala” turnirində 2011-ci il təvəllüdlü gimnastların yarışlarına yekun vurulub

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə “GymBala" beynəlxalq turnirində 2011-ci il təvəllüdlü atletlərin yarışlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turnirin birinci günündə bu kateqoriya üzrə fərdi hərəkətlər proqramında çoxnövçülük üzrə alətsiz və halqa ilə hərəkətlər yarışlarının qalibləri mükafatlandırılıb.

Yarışda Azadə Atakişiyeva birinci, Lalə Əzizzadə (hər ikisi “Ocaq”) ikinci, Əminə Həsənova (Bakı Gimnastika Məktəbi) isə üçüncü yerə layiq görülüblər.

Balalar yaş kateqoriyasında çoxnövçülük üzrə halqa ilə hərəkətlərdə isə Əminə Həsənova, Lalə Əzizzadə və Azadə Atakişiyeva qərarlaşıblar.

Balalar yaş kateqoriyasında 2011-ci il təvəllüdlü alətsiz hərəkətlər üzrə yarışlarda da hər üç gimnast fəxri kürsüdə yer alıblar. Azadə Atakişiyeva birinci, Lalə Əlizadə ikinci, Əminə Həsənova isə üçüncü yeri tutublar.

Qaliblərə diplom və mükafatlar təqdim olunub.

Turnirdə ümumilikdə 130-dan çox, o cümlədən Bakı Gimnastika Məktəbinin, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə” idman klublarının, “Sərhədçi” İdman Olimpiya Mərkəzinin, eləcə də Sumqayıt, Zirə, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Göyçay, Şağan, Zaqatala, Zabrat, Şirvan təmsilçiləri ilə yanaşı, Qazaxıstandan, Ukraynadan və Misirdən olan gimnastlar da iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.