SİYASƏT


“HABER TÜRK” kanalı: böyük güclərin “erməni kartı”dan istifadə etməsi siyasi ənənəyə çevrilib

Ankara, 2 noyabr, AZƏRTAC

ABŞ Konqresinin Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qərəzli qətnamə qəbul etməsi Türkiyə ictimaiyyətinin sonsuz hiddətinə səbəb olub.

AZƏRTAC xəbər verir ki, Türkiyənin aparıcı KİV-ləri mövzu ilə bağlı davamlı məlumatlar yaymaqdadır.

Ölkənin çoxmilyonlu tamaşaçı auditoriyasına malik “HABER TÜRK” televiziya kanalı da ictimaiyyəti maraqlandıran suallara cavab vermək üçün “ABŞ “erməni kartı”ndan nə üçün istifadə etdi?” mövzusunda geniş veriliş yayımlayıb. Verilişdə müxtəlif sahələri təmsil edən ekspertlər fikir və mülahizələrini tamaşaçılara çatdırıblar. Canlı yayımda tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırılıb ki, hazırda böyük güclərin “erməni kartı”ndan istifadə etməsi siyasi ənənəyə çevrilib. Diqqətə çatdırılıb ki, zaman-zaman Türkiyəni beynəlxalq siyasi proseslərdən kənarlaşdırmaq üçün “erməni kartı”ndan bəhrələnən böyük güclər bu dəfə də uydurma “erməni soyqırımı” mövzusu ilə siyasi təzyiq göstərməyə çalışırlar. Hazırkı vəziyyət konkret olaraq, Türkiyəni Suriya böhranının tənzimləmə prosesindən kənarlaşdırmaq məqsədilə ortaya çıxıb. Mövcud fakt bir daha təsdiq edir ki, 1915-ci il hadisələri, sadəcə olaraq, yalan və böhtan əsasında siyasi gündəmdə saxlanılır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.