DÜNYA
HAMBURQ LİMANINDA İKİ TANKERİN TOQQUŞMASINƏTİCƏSİNDƏ EKOLOJİ FƏLAKƏT BAŞ VERMİŞDİR
Yerli mətbuatın və polisin verdiyi məlumatlara görə, batan tankerin 960 ton yükü bütövlükdə kükürd turşusundan ibarət olmuşdur. Aldığı ciddi zədədən deşilərək suya qərq olan gəmidən təhlükəli yük dərhal dənizə axmağa başlamış və ətraf mühitə ciddi zərər vurmuşdur.
Gəminin deşilmiş gövdəsindən axıb suya qarışan təhlükəli kimyəvi maddə hadisənin baş verdiyi yerin geniş radiusunda tonlarla balığı zəhərləyərək məhv etmiş və suyun səthinə səpələmişdir.
Dənizdən sahilə əsən külək zəhərləyici qazlı hava kütləsini ətrafa yaymış, xilas etmə əməliyyatı ilə məşğul olan insanların sağlamlığına ciddi ziyan vurmuşdur. Görmə və nəfəs orqanları xəsarətə məruz qalan 9 fəhlə və 4 polis əməkdaşı xəstəxanaya göndərilmişdir. Batmış gəminin heyəti xilas edilmişdir.
Hadisə yerindən verilən məlumatlara görə,fəlakətə uğrayan gəminin suyun təkindən çıxarılması və ətraf mühitin təmizlənməsi sahəsində profilatik əməliyyatlar davam edir.