HƏMVƏTƏNİMİZ İVANOVO ŞƏHƏR DUMASININ DEPUTATI SEÇİLMİŞDİR
Sərraf Məmmədov Füzuli rayonunda anadan olmuşdur. 1992-ci ildə İvanovo İnşaat Mühəndisləri İnstitutunu bitirdikdən sonra bu təhsil ocağında işləmişdir. Bir neçə ildir ki, şəhərdəki 2 nömrəli “Yük Avtonəqliyyatı Müəssisəsi” ASC-nin Direktorlar şurasına başçılıq edir. S.Məmmədov əlbəyaxa döyüş üzrə Rusiya çempionu, idman ustasıdır.
Həmyerlimiz İvanovo vilayətində xeyriyyəçi kimi də hörmət qazanmışdır. İvanovo vilayəti əmək veteranlarının İnternat evinə və yeniyetmə cinayətkarların müvəqqəti saxlanma mərkəzinə himayədarlıq etdiyinə, habelə gənc istedadlara və yeniyetmə idmançılara köməyinə görə “Mesenat ulduzu” və Rusiya Sülh Fondunun qızıl medalı ilə təltif olunmuşdur.
Sərraf Məmmədov Ümumrusiya Azərbaycan Konqresi İvanovo vilayəti regional şöbəsinin sədri, fəal ictimaiyyətçidir.