MƏDƏNİYYƏT
HƏMYERLİMİZƏ “YÜZİLLİYİN MESSENATLARI” ORDENİ VERİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Moskvadan xəbər verir ki, İsa Məsih Məbədində Beynəlxalq Xeyriyyə Fondunun “Yüzilliyin messenatları” ordeninin təqdim olunması münasibətilə təntənəli mərasim keçirilmişdir.
Bu mükafata layiq görülmüş 57 xeyriyyəçidən biri də həmyerlimiz Elman Həsənovdur. O, Naberejnıye Çelnı şəhərinin sakini, “Polimer” Elm-İstehsalat Birliyinin baş direktoru, Ümumrusiya Azərbaycan Konqresinin fəal üzvüdür. Bu yüksək mükafat ona Rusiyada çoxillik xeyriyyəçilik fəaliyyətinə görə verilmişdir.
Rusiyada yaşadığı illər ərzində E.Həsənov bir çox xeyirxah işlər görmüşdür - “Abuzər” məscidini, Qocalar evi və Uşaq evi tikdirmiş, Borovitsk kilsəsini bərpa etdirmişdir. Bütün bu xeyirxah əməllərlə yanaşı, o, tarixi Vətənini də unutmamışdır. Belə ki, Sumqayıt şəhərində onun yardımı ilə kiçik şəhərcik salınmış, qaçqınlar və məcburi köçkünlər üçün doqquzmərtəbəli bina ucaldılmış, məscid tikilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:14]
Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]