SİYASƏT


HƏMYERLİMİZİN VYANADA SƏRGİSİ KEÇİRİLMİŞDİR

Sentyabrın 9-da Vyanada Avstriya Federal Kansleri Aparatının üç aylıq (iyunun 20-dən sentyabrın 20-dək) təqaüd proqramında iştirak edən rəssam Rəşad Mehdiyevin əsərlərinin sərgisi keçirilmişdir.

Respublikamızın Vyanadakı səfirliyinin və Avstriya Federal Kansleri Aparatının birgə səyi nəticəsində təşkil edilən sərgidə Avstriya ictimaiyyətinin və Azərbaycan icmasının nümayəndələri, habelə həmin ölkədə akkreditə olunmuş diplomatlar iştirak etmişlər. Tədbirdə səfir Vaqif Sadıqov və Avstriya Federal Kansleri Aparatının mədəniyyət bölməsinin rəhbəri N.Ridl çıxış edərək, ölkələrimizin mədəniyyət sahəsindəki əlaqələrindən söz açdılar və belə tədbirlərin müntəzəm olaraq keçirilməsinin vacibliyini bildirdilər.

Qeyd etmək lazımdır ki, Rəşad Mehdiyevin əsərləri İstanbulda, Sankt-Peterburqda, Tbilisidə, həmçinin 2002-ci ilin aprelində Avstriyada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçirilən sərgilərdə uğurla nümayiş etdirilmişdir. O, 2002-ci ildə İstanbulda Beynəlxalq Rəssamlar Simpoziumunun mükafatçısı olmuşdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.