ELM VƏ TƏHSİL


HƏMYERLİMİZ YAPONİYADAN BÜRÜNC MEDALLA QAYITMIŞDIR

Bakı Özəl Türk Litseyi Lənkəran filialının yetirməsi Tural Sadıqov Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilmiş ənənəvi dördüncü riyaziyyat olimpiadasında uğurla çıxış edərək, 83 ölkənin məktəbliləri arasında üçüncü yeri tutmuş, bürünc medala layiq görülmüşdür.

Tural Masallı rayonunun Boğlaküçə kənd orta məktəbinin altıncı sinfini bitirdikdən sonra bu litseyə qəbul olunmuşdur. Atası Həsənağa Sadıqov rayonun tanınmış riyaziyyat müəllimlərindən biridir. Hazırda ABŞ-ın Çikaqo Universitetində dərs deyən Qorxmaz və Rahib Mikayılov qardaşlarına da riyaziyyat elminin “əlifbası”nı Həsənağa müəllim öyrətmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.