İDMAN
HƏNDBOLÇULARIMIZ BEYNƏLXALQ TURNİRDƏ İŞTİRAK EDƏCƏKLƏR
Noyabrın 9-da Rumıniyanın paytaxtı Buxarest şəhərində qadınlar arasında beynəlxalq həndbol turnirinə start veriləcəkdir.
Turnirdə ölkəmizi Valeri Pevnitski və Rəfiqə Şabanovanın rəhbərliyi ilə yığma komanda təmsil edəcəkdir.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, komandamızın yarışlarda iştirakından əsas məqsəd Avropa çempionatı ərəfəsində hazırlıq səviyyəsini yoxlamaqdır. Həndbolçularımız üç gün davam edəcək turnirin mükafatları uğrunda Rumıniyanın əsas və gənclərdən ibarət yığma komandaları, habelə, Xorvatiya, Hollandiya və Slovakiya milli kollektivləri ilə qarşılaşacaqlar.
Qeyd edək ki, noyabrın 21-27-də Portuqaliyada keçiriləcək Avropa çempionatının qrup seçmə mərhələsi çərçivəsində komandamızın rəqibləri meydan sahibləri ilə yanaşı, Litva, Yunanıstan, Finlandiya və Slovakiya yığmaları olacaqdır.