DÜNYA


HANSI ƏRZAQ MƏHSULLARI YUXU GƏTİRİR

Səhəri diri gözlə açanların problemi, ehtimal ki, şam yeməyi zamanı qəbul etdikləri ərzaq məhsulları ilə əlaqədardır. Aşağıdakı məhsullar möhkəm yuxunu təmin edir.

Qızılbalığın tərkibində dokozageksayen turşusu vardır. O, yuxunu tənzimləyən melatoin hormonunun səviyyəsini artırır. Paxlalı bitkilər və digər tərəvəzlər orqanizmi B qrupundan olan vitaminlərlə foli turşusu ilə təmin edir. Bu maddələr orqanizmə yuxunu tənzimləməkdə kömək edir.

Yağsız yoqurt əsl kalsium və maqnium mənbəyidir. Bu iki mineral maddə tez və dərin yuxuya getməyə imkan verir. Bu elementlərin çatışmazlığı əzələ spazmalarına, stresə və yuxusuzluğa səbəb olur.

Bütün göyərtilər kimi, ispanaq da dəmirlə zəngindir. Məhz dəmir ayaqda olan ağrıların qarşısını alır. Ayaqların sızıldamağı çox vaxt yuxunu pozur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.