DÜNYA
HANSI ÖLKƏ SİLAHLANMAYA ƏN ÇOX XƏRC ÇƏKİR?
AZƏRTAC xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Problemlərini Araşdırma İnstitutunun (SİPRİ) məlumatına görə, 2002-ci ildə dünyada hərbi ehtiyaclara çəkilmiş xərclər 2001-ci ildəkinə nisbətən 6 faiz artmış və indiki qiymətlərlə 794 milyard dollara çatmışdır.
Bu, dünya ümumi daxili məhsulunun 2,5 faizinə bərabərdir. SİPRİ 2002-ci ildə hərbi xərcləri ən çox artıran ölkələr sırasına Birləşmiş Ştatları, Çini, Rusiyanı, Braziliya və Hindistanı daxil etmişdir. 2002-ci ildə hərbi xərclərin artım həcminin dörddə üç hissəsi ABŞ-ın payına düşmüşdür.
SİPRİ-nin məlumatında göstərilir ki, Rusiya 2002-ci ildə hərbi xərclərin mütləq səviyyəsinə görə 11,4 milyard dollarla 12-ci yeri tutur. Bu göstərici ABŞ-da 335,7 milyard dollar olmuşdur.
Hərbi xərclərin mütləq səviyyəsinə görə Rusiyanı Almaniya (27,7 milyard dollar), Səudiyyə Ərəbistanı (21,6), İtaliya (21,1), İran (17,5), Cənubi Koreya (13,5) və Hindistan (12,9) geridə qoymuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]