MƏDƏNİYYƏT


“HƏRƏNİN ÖZ PAYI+TAYI” FİLMİNİN TƏQDİMATI

AZƏRTAC xəbər verir ki, iyunun 3-də Heydər Əliyev adına Sarayda “Hərənin öz payı+tayı” filminin təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə filmin quruluşçu rejissoru və operatoru İzzət Əzizov, aktyorlar - əməkdar artist Mübariz Əlixanoğlu, Rəfael İsgəndərov və başqaları çıxış edərək yeni ekran əsərinin çəkilişlərindən danışmış, onun araya-ərsəyə gəlməsinə yardım göstərmiş insanlara minnətdarlıqlarını bildirmişlər.

Yazıçı İsi Məlikzadənin “Subaylarınızdan görəsiniz” komediyası əsasında “Panoram” studiyasında çəkilmiş film müasir gənclərin məhəbbət əhvalatlarından bəhs edir.

Kadrları Qusar rayonunda və Bakının Maştağa qəsəbəsində çəkilmiş filmdə əsas rolları xalq artistləri Fatma Mahmudova, Valeh Kərimov, aktyor Coşqun Rəhimov və başqaları ifa edirlər.

Sonda “Hərənin öz payı+tayı” filmi nümayiş etdirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.