SİYASƏT
HƏRBÇİLƏRİMİZ NATO-NUN TƏDBİRLƏRİNDƏN QAYITMIŞLAR
NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, ölkəmizin Silahlı Qüvvələrinin nümayəndələri noyabrın 25-dən dekabrın 3-dək Avstriyanın Zalsburq şəhərində keçirilmiş “Kooperative Support-2003” təlimindən qayıtmışlar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hərbçilərimiz alyansın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Niderlandın Brunsum şəhərində keçirilmiş “NATO-nun Şimal Regional Komandanlığının illik əlaqələndirmə konfransı”da, Almaniyanın Oberammerqau şəhərində “Avropada təhlükəsizlik və əməkdaşlıq”, İsveçrənin Bern və Yunanıstanın Larisa şəhərlərində təşkil olunmuş “Hərbi terminologiya” kurslarında da iştirak etmişlər.