ELM VƏ TƏHSİL


HARVARD UNİVERSİTETİNİN PROFESSORU DİLLƏR UNİVERSİTETİNDƏ OLMUŞDUR

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyinin dəvəti ilə ölkəmizə gəlmiş Harvard Universitetinin “Xəzər” Araşdırmalar Mərkəzinin tədqiqat direktoru, professor Brenda Şeyfer Azərbaycan Dillər Universitetində olmuşdur.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, qonaqla görüşdə Azərbaycanla ABŞ arasında elm və təhsil sahəsində əlaqələrin daha da genişləndirilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələlər müzakirə olunmuşdur.

Sonra professor B.Şeyfer ADU-nun 1 nömrəli ingilis dili fakültəsinin tələbələri qarşısında mühazirə ilə çıxış etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.