DÜNYA


HƏR YERDƏN BİR AZ

Bakı, 21 aprel (AZƏRTAC). LİSSABON. Portuqaliyada işsizliyin səviyyəsinin yüksək olmasına baxmayaraq, minlərlə iş yeri boş qalmışdır. Bəzi iqtisadçıların fikrincə, bu ölkədə işsizliyə görə müavinətlər bəzən təklif olunan əmək haqqından çox olur. Əhalini iş axtarmağa həvəsləndirmək üçün ekspertlər müavinətlərin hesablanması qaydalarını dəyişdirməyi təklif edirlər. Lakin bu, heç də hamının ürəyincə deyildir.

BEYRUT. İordaniya kraliçası Raniya Qərbi Qüdsdə ərəb məktəblərini bərpa etmək təklifini irəli sürmüşdür. Yaxın Şərqdə bir çox humanitar layihələrin təşəbbüskarı olan kral II Abdullanın xanımı üç dinin nümayəndələri üçün müqəddəs olan bu bölgədə ərəb əhalisinin təhsil və mədəniyyət səviyyəsini dəstəkləməyi özünə borc bilir.

PEKİN. İqtisadi cəhətdən inkişaf edən Çinin cənub-qərbindəki Yunnan əyalətində əhalinin yaşayış səviyyəsi çox aşağıdır. Bura ölkənin ən yoxsul əyalətidir. Məsələn, ötən il burada adam başına düşən gəlirin məbləği təxminən 1,9 min yuan (271 dollar) olmuşdur. Deməli, orta aylıq gəlir 158 yuan təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, Çin istehsalı olan “Çjunya” siqaretinin bir blokunun qiyməti 360 yuandır.

BERLİN. Almaniyada pensiyaçılara qulluğu əcnəbilərə həvalə etmək planlaşdırılır. “Ahıllara qayğı” işəgötürənlər ittifaqı yalnız Almaniyada sosial sahədə çalışan əcnəbilərə ölkədə qalmaq hüququ verilməsini təklif etmişdir. Özü də əcnəbilər adi peşə sahibi deyil, ixtisaslı mütəxəssislər olmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.