SİYASƏT
HƏSƏNAĞA ƏHMƏDOVUN ÇIXIŞI
Azərbaycan təhsilinin gələcək milli inkişaf strategiyasını müəyyənləşdirən islahat proqramının Prezidentimizin imzaladığı ən uğurlu təhsil sənədlərindən olduğunu vurğulayan Təhsil Şurasının üzvü, Salyan şəhərindəki 7 nömrəli orta məktəbin müəllimi, əməkdar müəllim HƏSƏNAĞA ƏHMƏDOV da xatırlatdı ki, cənab Heydər Əliyevin fəaliyyətinin ən başlıca istiqamətlərindən biri təhsilə, maarifə dövlət qayğısının artırılması olmuşdur. Bunun nəticəsində orta və ali təhsil kəmiyyət və keyfiyyətcə sürətlə inkişaf etməyə başlamışdır.
O, Prezident Heydər Əliyevin tarixi xidmətləri barədə ətraflı danışdı, növbəti prezident seçkilərində onun yenidən qalib gələcəyini və bu qələbənin Azərbaycan xalqının gələcəyi üçün son dərəcə əhəmiyyətli olacağını vurğuladı.