SİYASƏT
HƏŞTƏRXANDA YAŞAYAN SOYDAŞLARIMIZ CƏNAB HEYDƏR ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYİRLƏR
Ümumrusiya Azərbaycanlıları Konqresinin Həştərxan vilayətindəki regional şöbəsi Türkiyənin Star telekanalında Azərbaycan Prezidenti Heydər Əliyevin səhhəti ilə bağlı yayımlanan həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlara öz qəti etirazlarını bildirir, Azərbaycanda bu kampaniyaya qoşulan bəzi mətbuat orqanlarını qətiyyətlə pisləyir.
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a daxil oan məlumatda deyilir ki, şöbənin nümayəndələri Star telekanalının bu fitnəkarlığını ölkəmizin daxili işinə qarışmaq, Türkiyə - Azərbaycan münasibətlərinə xələl gətirmək cəhdi kimi qiymətləndirirlər.
Ümumrusiya Azərbaycanlıları Konqresi Həştərxan vilayətindəki regional şöbəsinin üzvləri, eləcə də vilayətdə yaşayan minlərlə azərbaycanlı bəyan edirlər ki, onlar Heydər Əliyevin daxili və xarici siyasətini dəstəkləyir və növbəti prezident seçkilərində onu müdafiə edəcəklər.