ELM VƏ TƏHSİL


HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI NƏŞR EDİLMİŞ DƏRS VƏSAİTLƏRİ VƏ PLAKATLARIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR

Təhsil Nazirliyində Azərbaycan Hökuməti və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə həyat fəaliyyətinin təhlükəsizliyinə dair nəşr edilmiş dərs vəsaitləri və plakat dəstlərinin təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, təhsil nazirinin müavini Elmar Qasımov mərasimdə çıxış edərək, fövqəladə hallar, həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı respublikamızda həyata keçirilən tədbirlərdən danışmış, bu sahədə BMT-nin İnkişaf Proqramı ilə əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır. Nazir müavini eyni zamanda, həyat fəaliyyətinin təhlükəsizliyi ilə bağlı nəşr olunmuş 20 adda müxtəlif dərs vəsaitləri və plakatlardan geniş istifadə edilməsinin vacibliyini söyləmişdir.

BMT-nin İnkişaf Proqramının məsul işçisi Devid Eyzenberq, Fövqəl Assosiasiyasının prezidenti, texnika elmləri doktoru Həbib Ocaqov uşaqların sağlamlığı və təhlükəsizliyi ilə bağlı Təhsil Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirmiş və bu sahədə işlərin genişləndirilməsinin zəruriliyini bildirmişlər.

Natiqlər eyni zamanda, tədris planlarına həyat fəaliyyətinin təhlükəsizliyi fənninin daxil edilməsinin məqsədəuyğunluğunu diqqətə çatdırmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.