MƏDƏNİYYƏT


“HBO Max” fəaliyyətini dayandırır

Bakı, 6 avqust, AZƏRTAC

“Warner Bros.” kinoşirkəti, “HBO Max” və “Discovery+” yayım şəbəkəsini eyni platformada birləşdirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin yeni baş icraçı direktoru David Zaslav bildirib. Adı hələ müəyyən edilməmiş yeni platforma ilk olaraq 2023-cü ildə ABŞ-da fəaliyyətə başlayacaq.

Şirkət 2025-ci ilə qədər 40 milyondan çox abunəçi əlavə etməyi və abunəçilərin ümumi sayını təxminən 130 milyona çatdırmağı planlaşdırır. Bu il iyunun sonunda “HBO Max”ın 92,1 milyon abunəçisi var idi. David Zaslav 2022-ci və 2023-cü illərdə “HBO Max” üçün daha çox sərmayə qoyulacağını və son iki ildən fərqli olaraq keyfiyyətin ön plana çıxacağını da vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.